XƏBƏR LENTİ
21 Aprel 2021
20 Aprel 2021



Şəhid polisin övladı Şuşa polis şöbəsində vəzifəyə təyin olundu
Gündəm 22:19 / 02.03.2021

Şuşa şəhər polis şöbəsinə yeni təyinat olub.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmri ilə, Goranboy rayon Polis şöbəsində əməliyyat müvəkkili, polis baş leytenantı Sənan Əsgərov tutduğu vəzifədən azad edilərək Şuşa şəhər polis şöbəsinin əməliyyat müvəkkili təyin edilib.

Qeyd edək ki, S.Əsgərovun atası Xəzani Əsgərov Şuşa şəhər Polis Şöbəsinin əməkdaşı olub və 1994-cü ildə Qarabağ müharibəsindəki döyüşlərdə şəhid olub.(trend)


989 oxunub

InvestAZ