XƏBƏR LENTİ
21 Aprel 2021
20 Aprel 2021



Lavrovdan ABŞ-a xəbərdarlıq: “Sanksiyalara mütləq cavab veriləcək”
SİYASƏT 22:02 / 02.03.2021

Rusiya, şübhəsiz ki, ABŞ tərəfindən Aleksey Navalnı ətrafında vəziyyətlə əlaqədar yeni sanksiyalar tətbiq ediləcəyi təqdirdə cavab verəcəkdir.

Azvision.az "İnterfax”a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Cavab mütləq olacaq. Heç kim diplomatiyanın qaydalarından birini - cavab hüququnu ləğv etməyib", - Lavrov əlavə edib.

Onun sözlərinə görə, xarici tərəfdaşlar Navalnı hadisəsində Rusiya ilə dürüst əməkdaşlıq etmək, heç olmasa hansısa şəkildə iddialarını əsaslandırmaq əvəzinə, Moskvanı "qaralamağa” və cəzalandırmağa davam edirlər.

Xatırladaq ki, "Reuters” öz mənbələrinə istinadən ABŞ-ın martın 2-də Navalnı ilə əlaqədar vəziyyətə görə Rusiyaya qarşı sanksiya tətbiq etməyi planlaşdırdığını yazıb.


1410 oxunub

InvestAZ