XƏBƏR LENTİ
21 Aprel 2021
20 Aprel 2021



Millət vəkilindən Operativ Qərargaha ağır ittihamlar
Gündəm 11:13 / 02.03.2021

Millət vəkili Fazil Mustafa Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin tədbirləri çərçivəsində qəbul etdiyi qərarları sərt tənqid edib.

Yenisəs.az  Axar.az-a istinadən   xəbər verir ki, millət vəkili Fazil Mustafa Operativ Qərargahda vətəndaşın durumunu anlayacaq mütəxəssis olmadığını qeyd edib:

"Bir neçə dəfə gündəmə gətirdim ki, əhali əziyyət çəkir, metronu, idman zallarını açın, toylara icazə verin. Əminəm ki, pandemiya rejiminin tələblərini insanlar pozmayacaq. Belə anlaşıldı ki, metro, idman zalları açılmayacaq, toylara da icazə verilməyəcək. Əslində bunlar çox sadə məsələdir. Ancaq mürəkkəbləşdirmənin səbəbi var. Bilirsiniz niyə? Operativ Qərargah deyilən mifik bir yerdə vətəndaşların durumunu, ölkədə gerçək vəziyyəti, insanların psixoloji sarsıntısını anlayacaq dünyagörüşə, təcrübəyə sahib mütəxəssis sıxıntısı var”.

Millət vəkili onu da qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah heyvandarlıq təsərrüfatını genişləndirmək üçün xaricdən mütəxəssis dəvət edən sahibkara gülməli cavab verib:

"Demək, heyvandarlıqla məşğul olan sahibkar təsərrüfatının genişləndirilməsi və heyvandarlığın inkişaf etdirilməsi üçün landşaf dizayneri ixtisasında xaricdən mütəxəssis dəvət edib. Xarici vətəndaşın gəliş-gedişinə Operativ Qərargah icazə verməlidir. O da rəsmi qaydada icazə üçün Operativ Qərargaha müraciət edib. Bu Qərargahın da təsərrüfat nədir, sahibkar nədir bilməyən, isti otaqda oturub vaxtında maaşını alan bir sektor müdiri müraciətə cavab verib ki, pandemiya şəraiti olduğuna görə həmin mütəxəssisin gəlməsinə icazə verilmir. Yəni hörmətli Hacıbala müəllimin işlətdiyi məşhur ifadə vardı ha, təqribən onun kimi bir məntiqə dayanan cavab: "Sizi əmin edirəm ki, Bakı Azərbaycanın paytaxtıdır!” Cavabın unikallığına baxın. Pandemiya şəraiti olmasaydı, sahibkarın nəyinə lazım idi sizə müraciət etsin? Ölkədə Prezident sahibkarların çətin vəziyyətdə olduğunu nəzərə alıb, dövlət büdcəsindən onlara yardım edilməsi üçüngöstəriş verir, sahibkarlıq subyektlərinin yoxlanılmasının bir il də irəliyə qadağan olunması barədə qanun layihəsini parlamentə göndərir, buradakı məmur isə "iş adamına necə ziyan vurum, vətəndaşın işini necə çətinləşdirim” deyə ürəyi istədiyi addımı atır. Kimə anladasan, nəyi izah edəsən?”


697 oxunub

InvestAZ