XƏBƏR LENTİ
21 Aprel 2021
20 Aprel 2021



Matviyenko: “Qarabağa dair sazişə zidd hər hansı hərəkət böyük faciəyə gətirib çıxara bilər”
SİYASƏT 09:02 / 02.03.2021

Rusiya İrəvandakı hadisələrdən asılı olmayaraq, Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli sazişə riayət edəcəyinə ümid edir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu RİA "Novosti” agentliyinə müsahibəsində Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

"Biz  Ermənistan rəhbərlərinin məsuliyyətinə çox ümid edirik, hansısa hadisələrin baş verməsindən asılı olmayaraq, Dağlıq Qarabağla bağlı sazişin icra olunmasında davamlılıq olmalıdır. Bu sazişə zidd olacaq hər hansı hərəkət, addım böyük faciəyə gətirib çıxara bilər. Buna yol vermək olmaz", - deyə o qeyd edib.

V. Matviyenko üçtərəfli sazişin imzalanmasının Cənubi Qafqaza sabitlik gətirdiyini də xatırladıb.


939 oxunub

InvestAZ