XƏBƏR LENTİ
21 Aprel 2021
20 Aprel 2021



Qardaşlardan biri öldü, digər qardaşı isə...
DÜNYA 17:49 / 01.03.2021

Gürcüstanın Qardabani rayonunda məktəb yaxınlığında partlayış baş verib.

Hadisə zamanı 11 və 15 yaşlarında olan iki azərbaycanlı qardaş xəsarətlər alıb.

15 yaşlı uşaq xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Partlayışın dəqiq səbəbi məlum olmasa da, uşaqların məktəbdən evə gedərkən yolda naməlum əşya tapdıqları və məhz həmin əşyanın partlayış yaratdığı bildirilir.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub.

Gürcüstanın Qardabani rayonunda baş vermiş partlayış hadisəsi ilə bağlı istintaqa başlanılıb.(Report)


833 oxunub

InvestAZ