XƏBƏR LENTİ
21 Aprel 2021
20 Aprel 2021



İrandan Qarabağ açıqlaması:
SİYASƏT 15:23 / 01.03.2021

İran-Azərbaycan əlaqələri yüksək səviyyədədir və bu münasibətlər daha da inkişaf etdiriləcək.

Yenisəs.az  Axar.az-a istinadən   xəbər verir ki, bu sözləri İranın xarici işlər nazirinin müavini Abbas Ərakçı Qum şəhərində keçirilən konfransda çıxış edərkən deyib.

O bildirib ki, beynəlxalq təşkilatlar münaqişəni həll edib, Azərbaycanın ərazi bütövlüyünü bərpa edə bilmədilər:

"Bu səbəbdən də Azərbaycan dövləti işğal altındakı torpaqlarını əks hücumla geri aldı. İran həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb. Rəsmi Tehran bölgədə münaqişə baş verməsini və sərhədlərin dəyişməsini istəmir”.

A.Ərakçının fikrincə Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra regionda yeni siyasi reallıqlar yaranıb və bu reallıqlardan istifadə edib daha sıx iqtisadi əməkdaşlıq əlaqələri qurmaq imkanı yaranıb.

Nazir müavini qeyd edib ki, İran bundan sonra da Azərbaycan ilə iqtisadi, siyasi, sosial və mədəniyyət sahələrində əməkdaşlıq əlaqələrini davam etdirəcək.


1043 oxunub

InvestAZ