İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları davam edir.
Yenisəs.az Publika.az -a istinadən xəbər verir ki, müxalifət fəalları İrəvanın mərkəzindəki 3 saylı hökumət binasında etiraz nümayişi təşkil edib.
Polisin müqavimətinə baxmayaraq, müxalifətçilər binanın giriş hissəsinə daxil olub. Sonra "Nikolsuz Ermənistan" şüarları səsləndirilib.
Müxalifətçilər nəzarət nöqtəsindən kənara çıxa bilməyib.