XƏBƏR LENTİ
21 Aprel 2021
20 Aprel 2021



Ərzaq sürətlə bahalaşır: əziyyət çəkəcək ölkələr...
Gündəm 15:01 / 01.03.2021

Dünya ərzaq qiymətləri son altı il ərzində maksimum səviyyəyə çatıb və bu bahalaşma bir sıra ölkələrə daha çox təsir göstərəcək.

Yenisəs.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə "Blumberq” məlumat yayıb.

Bildirilib ki, Rusiya, Braziliya, Türkiyə, Hindistan və Nigeriya kimi "qaynar nöqtələr"də ərzaq bahalaşmasının nəticələri daha ciddi olacaq. Bu, onunla izah olunur ki, bu ölkələrin sakinləri istehlak səbətinin böyük hissəsini yeməyə sərf edirlər.

Agentlik ərzaq qiymətlərinin artması səbəbləri arasında Çin tərəfindən tələbatın artması, əlverişsiz hava şəraiti və məhsulların tədarük zəncirinin zəifliyini göstərib.


927 oxunub

InvestAZ