TƏKLİYİMİN SIĞINDIĞI EVİN ŞEİRİ "Bir qadına..." silsiləsindən
YAZARLAR 11:24 / 01.03.2021
Dur gəl. aç pəncərəsin,
Qapısını bu ,evin...
Nur tək daş- divarından -
Təkliyimi yu evin!..
Qibləsinə nəzər sal
Künc, bucağın torun al!..
Tavanına düşüb xal -
Ovub damın su, evin...
Kim cadu -dua edib
Hayına sim-sim yetib!
Çardağın yuva edib -
Bir yaralı Qu evin...
İçim susmur...qışqırır
Dil sıxılır - diş qırır!..
Telefonu da hıçqırır -
Hələ də " du...du..." evin...
2041 oxunub