XƏBƏR LENTİ
23 Aprel 2021
22 Aprel 2021
21 Aprel 2021



Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib
KRİMİNAL 20:32 / 27.02.2021

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Yenisəs.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş inzibati ərazisində əvvəllər düşmənin səngər və saxlanc yeri kimi istifadə etdiyi qazmalardan xeyli sayda silah-sursat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Belə ki, tədbirlər zamanı erməni hərbçilərin atıb qaçdığı 7 ədəd "Kalaşnikov” markalı avtomat, 2 ədəd pulemyot, 2 ədəd snayper tüfəngi, 1 ədəd qumbaraatan, avtomat daraqları və 2527 ədəd müxtəlif çaplı güllələr aşkar edilərək götürülüb.


1066 oxunub

InvestAZ