XƏBƏR LENTİ
21 Aprel 2021
20 Aprel 2021



Paytaxtda dəhşətli yol qəzası - FHN köməyə çatdı
MƏMLƏKƏT 10:22 / 27.02.2021

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda "Mercedes” və "Hyundai” markalı iki minik avtomobili toqquşub.

Yenisəs.az xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə sürücünü deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilindən çıxarıb.

Yaralı aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.


1940 oxunub

InvestAZ