XƏBƏR LENTİ
21 Aprel 2021
20 Aprel 2021



Rusiyada metrostansiya yaxınlığında dəhşətli partlayış
DÜNYA 18:04 / 26.02.2021

Rusiyanın Nijni Novqorod şəhərindəki metrostansiyalardan birinin yaxınlığında partlayış baş verib.

Yenisəs.az  Publika.az-a istinadən bildirir ki,, bu barədə "Rise” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, hadisə yerində xilasedicilər işləyir, həlak olanlar barədə məlumat yoxdur. Partlayışın qaz sızması səbəbindən olduğu qeyd edilir.

Partlayış hadisə yerinə yaxın saxlanılan avtomobillərə ziyan vurub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayış "Meşçerski” bulvarında yerləşən 9 mərtəbəli binada meydana gəlib. İlkin məlumata görə, binanın zirzəmisində qaz sızması olub.

Hadisə şahidlərindən biri RİA "Novosti”yə açıqlamasında "Samuray” suşi restoranının partladığını deyib.


632 oxunub

InvestAZ