XƏBƏR LENTİ
21 Aprel 2021
20 Aprel 2021



İlham Əliyevdən jurnalistin sualına sərt reaksiya: Bu, sadəcə olaraq Azərbaycanı ittiham etməkdir
Gündəm 17:51 / 26.02.2021

Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında İrandan iştirak edən jurnalistin terrorçularla bağlı sualına sərt reaksiya verib.

Yenisəs.az-ın məlumatına görə, dövlət başçısı bildirib: "Siz bunu sual formasında verə biləsiniz. Ancaq dediyinizin arxasında durmalısınız. Müharibə zamanı hər hansı terrorçu qrupların iştirakıyıla bağlı elə hesabatlar məlumatlar, dəlil, sübut yoxdur. Bu, uydurulmuş məlumatdır. Təəssüf edirəm ki, dost ölkədən olan jurnalist belə bir sual verir. Azadolunma əməliyatında heç bir terrorçu iştirak etməyib. Bunun heç bir sübutu yoxdur. Bu, sadəcə olaraq Azərbaycanı ittiham etməkdir. Siz xanım olaraq dost ölkədən gəlmisiniz. Xahiş edirəm, sualınızda məsuliyyətli olasınız”.

Daha sonra jurnalist sualın səhv anlaşıldığını və əslində digər terrorçu qruplar (İŞİD) haqqında sual ünvanladığını bildirib.


661 oxunub

InvestAZ