XƏBƏR LENTİ
23 Aprel 2021
22 Aprel 2021
21 Aprel 2021



Gürcüstanda dövlət bayraqları endirildi
DÜNYA 11:39 / 25.02.2021

Bu gün Gürcüstanda sovet işğalının 100-cü ildönümü tamam olur.

Yenisəs.az  Publika.az-a istinadən  xəbər verir ki, bununla bağlı hökumət administrasiyası, parlament və ölkə üzrə bütün dövlət qurumlarının binalarında bayraqlar endirilib.

Qeyd edək ki, 1921-ci il fevralın 25-də Qırmızı ordu Tiflisə daxil olub və Gürcüstan Demokratik Respublikasını devirib.

Gürcüstan parlamentinin 21 iyul 2010-cu il tarixli qərarı ilə fevralın 25-i ölkədə Sovet işğalı günü elan olunub.


950 oxunub

InvestAZ