XƏBƏR LENTİ
23 Aprel 2021
22 Aprel 2021
21 Aprel 2021



Gürcüstana gedə bilərsiniz
Maraqli 19:32 / 24.02.2021

Gürcüstan Azərbaycan, Rusiya, Ukrayna, Belarus və Ermənistan vətəndaşları üçün sərhəd-keçid qaydalarını dəyişdirir.

Yenisəs.az  Publika.az-a istinadən  xəbər verir ki, pandemiya ilə əlaqədar Gürcüstana giriş məhdudiyyətləri bəzi şərtlərlə ləğv edilib.

Belə ki, 1 martdan etibarən sadalanan ölkələrin vətəndaşları koronavirus infeksiyası üçün mənfi cavablı PZR testi təqdim etsələr, hava yolu ilə Gürcüstana səyahət edə bilərlər. Müvafiq qərar Koordinasiya Şurasının iclası zamanı verilib.

Tətbiq olunan rejim quru sərhədlərində hələ də qorunub saxlanılır.

Səlahiyyətlilər ölkədəki komendant saatı xaricində bütün məhdudiyyətləri ləğv edib. Xüsusilə, şəhərlərarası nəqliyyat ölkədə 25 fevraldan etibarən fəaliyyətə başlayacaq, müəssisələr 8 martdan etibarən ziyarətçilərinə qapılarını açacaq.

Gürcüstanda gecə hərəkəti ilə bağlı məhdudiyyətlər qüvvədə qalır. Saat 21:00-dan 05:00-a qədər çölə çıxmağa icazə verilmir.


1167 oxunub

InvestAZ