XƏBƏR LENTİ
23 Aprel 2021
22 Aprel 2021
21 Aprel 2021



“Naxçıvan dəhlizi türk dünyasını birləşdirəcək” - Səfir
SİYASƏT 19:25 / 24.02.2021

Naxçıvan dəhlizi ilə ticarətimiz daha da inkişaf edəcək.

Bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim "Anadolu” agentliyinə deyib.

Səfir bildirib ki, Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra Naxçıvan dəhlizinin açılması ilə ticarət əhəmiyyətli dərəcədə artacaq.

Bu dəhlizin Türkiyəni Azərbaycan və Türk dünyası ilə birləşdirəcəyini deyən X.İbrahim, "burada yaxşı bir iş birliyini düşünürük. Bu dəhliz yalnız Orta Asiyadakı Türk dövlətlərini deyil, eyni zamanda iki böyük regional güc olan Türkiyə və Rusiya üçün çox qısa yol bağlantısıdır. Bu, Rusiya ilə Türkiyə arasındakı ticarətdə çox yüksək səviyyəyə qalxma imkanını təmin edəcək", - deyə əlavə edib.

Diplomat, eyni zamanda türk şirkətlərinin işğaldan azad edilmiş bölgələrdə inşaat layihələrində iştirak edəcəyini söyləyib.(azvision.az)


928 oxunub

InvestAZ