XƏBƏR LENTİ
21 Aprel 2021
20 Aprel 2021



AQİL ABBAS: YAZIQ SÜLHMƏRAMLILARIN GÜNÜ ÇOX AĞIRDI
YAZARLAR 14:36 / 24.02.2021

Başlarını  qaşımağa vaxtları  yoxdu.

Ermənistandan  Qarabağa  gələn vəzifəliləri müşayiət eləmək.

İrəvanda qabaqlarına  keçəni tutub Xankəndinə, Xocalıya, Ağdərəyə daşımaq.

Yazıq ermənilərə ev tikmək.

Ermənilərə humanitar  yardım daşımaq.

Ailə quran ermənilərə yengəlik edib Xudavəngə aparıb-gətirmək.

İyrənə-iyrənə Araiklə tut arağı  ilə donuz kababı yemək.

Ermənistanın  və Qarabağ ermənilərinin bayraqlarının altında görüşlər keçirmək .

Separatçıların özlərinin  basdırdıqları minaları təmizləmək.

20 fevralda  keşiş götürüb «Dirçəliş günü» münasibətilə  yürüşə qoşulmaq.

Xocalı soyqırımının iştirakçılarına qayrılmış abidəyə  əklil qoymaq, onların  murdar  ruhuna  dualar eləmək.

Hələ bir azdan ermənilər üçün taxıl əkəcəklər, üzüm əkəcəklər, donuzlarını  saxlayacaqlar.

Naxırlarına  çobanlıq eləyəcəklər.

Hər il  Ağdərədə (Mardakert) ermənilər eşşək yarışı keçirirdilər. Yəqin bu il də keçirəcəklər. Çox güman ki, Rüstəm Muradovu da babat bir eşşəyin üstünə mindirib yarışın qalibi elan edəcəklər. Və boynundan da qalib gəldiyi eşşəyin medalını asacaqlar. 

Mejduproçim, ABŞ-da yadımdan çıxıb hansısa lider partiyanın emblemi eşşək şəklidir. Amma bu o demək deyil ki, partiyanın üzvləri də eşşəkdir. Sadəcə olaraq eşşək ən dözümlü heyvanlardan biridir. Amma soncuqlaması olmaya.

Yazıqların başlarını  qaşımağa vaxtları yoxdu.

Yaxşı ki, İrəvan Pedaqoji Universitetinin say-seçmə qızlarını yığıb gətirib töküblər kəndlərə ki, sülhməramlılar  çox yorulandan sonra heç olmasa bir az istirahət eləsinlər.


1953 oxunub

InvestAZ