XƏBƏR LENTİ
02 Mart 2021
01 Mart 2021



Nazirlikdən pensiya açıqlaması: “Şərtlər asanlaşacaq”
HÜQUQ 13:50 / 23.02.2021

Kişi və qadın olmasından asılı olmayaraq, şəxsin 25 illik stajı varsa, pensiya yaşına çatdıqda ona təqaüd təyin olunur.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov deyib.

Onun sözlərinə görə, əgər vətəndaş 10 il işləyib, 50 min manat kapital toplayıbsa, pensiya yaşına çatanda təqaüd almaq hüququ yaranır.

"Bu gün əmək bazarındakı dəyişikliklər əsasında orta aylıq əməkhaqqı sürətlə artır. Hazırda ölkədə orta aylıq əməkhaqqı 710 manatdır. Minimum pensiyanın məbləği 210 manat təşkil edir. Bir çox ölkələrdə minimum pensiyanın orta aylıq əməkhaqqına proporsiyası 30 faizdən çox deyil. Amma Azərbaycanda bu 28-30 faiz civarındadır. Bu gün əmək bazarında işləyən şəxslərin topladıqları kapitalın artım sürəti minimum pensiyaların kapital tələbini üstələdiyi üçün gələcək perspektivdə pensiya sisteminə daxil olma şərtləri asanlaşacaq və şəxslər daha sürətli şəkildə pensiya alacaq”.


368 oxunub

InvestAZ