XƏBƏR LENTİ
07 Mart 2021
06 Mart 2021
05 Mart 2021



Ərdoğandan : "Nə lazımdırsa, edəcəyik..."
SİYASƏT 08:54 / 23.02.2021

"Son bir ayda PKK / YPG-nin xain hücumları səbəbindən onlarla günahsız böyük və uşaq həyatını itirib".

Yenisəs.az  "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq konfransda çıxışı zamanı deyib.

Türkiyə lideri bir daha sərt mesaj verib:

"Hücumlar davam edərsə, addım atmaqdan çəkinməyəcəyik. Çəkmələri şişləyənləri ən azından mənim qədər tanıyırsınız. Qonşu Yunanıstan. Polislərin necə şişlədiklərini, insanları dənizdə boğduqlarını gördük. Biz bunları izah etməyə davam edəcəyik".

"ABŞ-ın qaçqınlara sahib çıxmaq kimi bir dərdi yoxdur, dərdləri başqadır... Hələ bunlar terrorla, terrorçuyla bərabərdirlər. Biz terrorla və terrorçuyla mübarizəmizi davam etdiririk. Dostlar dostluğunda davam edərsə biz də künlümüzü açarıq. Amma etməzlərsə, nə lazımdırsa, onu edəcəyik", - Ərdoğan vurğulayıb.(publika.az)


427 oxunub

InvestAZ