XƏBƏR LENTİ
07 Mart 2021
06 Mart 2021



Üç ölkənin XİN başçıları Ankarada görüşəcək
SİYASƏT 08:45 / 23.02.2021

Bu gün Türkiyənin paytaxtı Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Bu barəd'  məlumat  Xarici İşlər Nazirliyindən verilib.

Üç ölkənin xarici siyasət idarələri rəhbərlərinin beşinci üçtərəfli görüşünün proqramına əsasən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkmənistanın XİN başçısı Rəşid Meredovun iştirakı ilə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçiriləcək.

Görüşlərdə ölkələr arasındakı münasibətlər və regional proseslər ilə əməkdaşlığı daha da inkişaf etdirmək üçün atıla biləcək addımlar müzakirə olunacaq.


350 oxunub

InvestAZ