XƏBƏR LENTİ
07 Mart 2021
06 Mart 2021



NATO-nun ilk qadın qırıcı pilotu TÜRK OLUB
Maraqli 09:07 / 22.02.2021

1933-cü ildə anadan olan Leman Bozkurt Altınçekiç Türkiyə və NATO-nun ilk qadın qırıcı pilotu ünvanına sahibdir.

Yenisəs.az  Publika.az -a istinadən xəbər verir ki, gənc yaşlarından etibarәn uçmağı arzulayan Altınçekiç liseyi bitirdikdәn sonra Türkkuşu İnönü Təsislərində aviasiya təhsili alıb. 1954-cü ildə qadınların Türkiyə Silahlı Qüvvələrinə qәbul edilmәsinә imkan verәn qərar sayəsində İzmir Hava Qüvvələri Akademiyasına müraciət edir və 1955-ci ilin oktyabrında buradakı təlimlərə başlayıb. O, 1957-ci ildə akademiyadakı tәhsilini bitirәrәk mәzun olub.

Leman Bozkurt Altınçekiç daha sonra qırıcı pilotu tәhsilini alaraq yalnız Türkiyәnin deyil NATO qüvvәlәrinin dә ilk qadın qırıcı pilotu olub.


488 oxunub

InvestAZ