XƏBƏR LENTİ
09 Mart 2021
08 Mart 2021
07 Mart 2021
06 Mart 2021



Göyçayda avtomobil aşdı: 6 nəfər xəsarət aldı
KRİMİNAL 21:29 / 21.02.2021

Göyçayda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yenisəs.az Teleqraf.com-a istinadən  xəbər verir ki, hadisə günorta saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 200 kilometrliyində, rayonun Qarayazı kənd ərazində qeydə alınıb.

Göyçay rayon Bəydövül kənd sakini idarə etdiyi minik maşını ilə Göyçaydan Qarəməryam istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəticədə maşın yol kənarında olan su kanalına aşıb.

Qəza nəticəsində yararsız hala düşmüş maşında sürücü ilə bərabər 6 nəfər sərnişin də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal təcili tibbi yardım avtomobili ilə Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb.

Qeyd edək ki yaralıların ikisi azyaşlı uşaqdır.

Faktla bağlı Yol polisi tərəfindən araşdırma aparılır.


445 oxunub

InvestAZ