XƏBƏR LENTİ
07 Mart 2021
06 Mart 2021



Türkiyənin artan gücü qarşı çirkin ittifaq
SİYASƏT 20:44 / 21.02.2021

Türkiyə Silahlı Qüvvələrinin hərbi əməliyyatları qarşısında çıxılmaz vəziyyətə düşən PKK terror təşkilatı yeni ortaq axtarışına çıxıb.

Yenisəs.az  bildirir ki, Publika.az-ın məlumatına görə, Şimali İraq Regional Rəhbərliyinin sədri Azad Kürəci "Həşdi-Şabi" və PKK-nın İraqda həm mülki, həm də hərbi varlığını gücləndirən Türkiyəyə qarşı ortaq ittifaq və hücum qərarı aldıqlarını bildirib.

A.Kürəcinin sözlərinə görə, bu ittifaqın qurulmasında İraqda Türkiyənin davam etdirdiyi uğurlu anti-terror əməliyyatlarının payı var. Bunun üçün tərəflər Türkiyənin "Qara" əməliyyatlarını başlatmazdan öncə Sincar vilayətində bir araya gəliblər.

Kürəci bildirib ki, Ərbil Hava Limanı və şəhər mərkəzinə raket hücumlarının PKK-"Həşdi-Şabi" əməkdaşlığı sayəsində təşkil edildiyinə dair ciddi faktlar mövcuddur:

"Terror təşkilatı Ərbilə hücumu ilə Kürdüstan Demokratik Partiyasına "Türkiyədən uzaq dur" mesajını verdi. Bərzani rəhbərliyini "Həşdi-Şabi"-PKK ittifaqının raket hücumundan qorxutmaq istədilər. Bu, həm də Bərzaniyə "istəsək sənin şəhərini qan gölünə çevirərik" ismarışı idi".


600 oxunub

InvestAZ