XƏBƏR LENTİ
07 Mart 2021
06 Mart 2021



Əbülfət MƏDƏTOĞLU -GÖYƏ ("Bir qadına..." pıçıltı ilə)
YAZARLAR 17:08 / 12.02.2021


Dan yeri ağarmayıb
Durmuşam üzü göyə...
İçimdə bənzəyiş var -
Bu anlar düzü, göyə!

Hayımıza yetməyən
Ruhdan, candan getməyən...
Yerdə xoşbəxt etməyən,
Qaldır Sən bizi, göyə!

Bir məsuma dönmüşəm
Yuxuda saç hörmüşəm...
Bu sevginin, görmüşəm -
Uzanır izi göyə!

Yandıran da, yaxan da
Əlim Sənin yaxanda!..
Yozsunlar, söz yaxanda -
Yüz yerə, yüzü göyə!

Çin olmur heç , bax əhdin
Orman əhdin, bağ əhdin...
Allah , yerə dağ əkdin -
Düzüsə...düzü göyə!



1391 oxunub

InvestAZ