XƏBƏR LENTİ
09 Mart 2021
08 Mart 2021
07 Mart 2021
06 Mart 2021



GÖRÜŞ YERİMİZ "Bir qadına..." silsiləsindən
YAZARLAR 08:35 / 04.02.2021
Görüş yerimizdi açılan səhər
 Günəş şüası tək süzüb gəlirsən..
.Sənin şəfəqinə bürünür şəhər -
 Hər işi yoluna düzüb gəlirsən...

Ruhun qanadları yuyunur şehdə
 Çöhrə oxşayırsan, könül alırsan...
Bəzən atəşində, bəzən də mehdə -
Ürəyi sən haldan hala salırsan!

Sirlidi yozumun bildiyim qədər
 Sənin iç dünyanın küncü, bucağı...
Görünür onunçün seçibdi qədər -
Sənin varlığın tək ist qucağı!..



Heyrət də, ümiddə cəm olub səndə
Dan yerin güdürəm - yoxdu yalanı...
Sirr tuta bilmirəm , qoy deyim mən də
 -Belə gözləyirlər Günəş olanı!




3282 oxunub

InvestAZ