XƏBƏR LENTİ
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Köçkün məktəblərinin köçkün olmayan müəllimlərin iş yeri dəyişdiriləcək? - Nazir açıqladı
Elm 09:50 / 31.01.2021

İşğaldan azad olmuş ərazilərdə ən yaxşı məktəblərin tikilcəyinə inanıram. Lakin əhalinin bu ərazilərə geri qaytarılması prosesi başlandıqda köçkün məktəblərində işləyən, lakin köçkün olmayan müəllimlərin iş yeri ilə bağlı məsələnin necə olacağına aydınlıq gətirmək üçün bir qədər gözləməliyik.

Yenisəs.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev köçkün məktəblərində işləyən, lakin köçkün olmayan və iş yerinin ünvanını dəyişmək istəməyən müəllimlərin aqibətinin necə olacağına aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, bu məsələ hansı sayda insanın geri qaytarılması məsələsindən asılıdır.

Nazir əlavə edib ki, hazırda bir çox köçkün məktəbləri kifayət qədər kiçik kompektlidir:
"Əhali geri qayıtdıqda məktəblərin hansı komplektdə geri qaytarılacağını indidən proqnozlaşdırmaq hələ tezdir. Amma hər bir halda biz çalışırıq ki, müəllimlərimizin yanında olaq və onlarn ehtiyaclarını başa düşək”.


8344 oxunub

InvestAZ