Bir dözülməz hiss çökübdü içimə -
Ürəyimin hıçqırtısı keçmir heç...
Özün tapıb verdiyin boy-biçimə -
Qədəri də, ləngimə sən, özün seç!..
Qəm yer salıb kirpiyimin dibinə
Əl gəzdirib təkliyimin "cibinə"...
Qəmimə bax, sonra onun tipinə -
Və sakitcə gözünü sil, .. ötüb keç..
"Oynadıqca" tumar uman tel mehdə
Alovlanır elə bil ki, gül şehdə!
Cəza çəkir ürək "ah"-da, dil "eh"-də -
Ləngimə ki, demiyəsən gecdi...gec...