XƏBƏR LENTİ
28 Fevral 2021
27 Fevral 2021
26 Fevral 2021



“Drakon” da şəhid ailələrinin müdafiəsinə qalxdı
Gündəm 17:58 / 27.01.2021

Qaradağ ərazisindəki qəbristanlıqda dəfn olunan şəhidlərlə bağlı etiraz böyüməkdədir

Yenisəs. az bildirir ki, Qarabağ müharibəsindən bəhs edən Dolu filmində Drakon obrazını canlandıran aktyor Rza Rzayev də şəhid övladları Qaradağ ərazisindəki qəbirstanlıqda dəfn edilən ailələri müdafiə edib. O da öz feysbuk hesabında bununla bağlı paylaşım edib: "Yetər artıq! Cənab Prezident Şəhidlərimizi "orada” dəfn edənləri cəzalandırmasa, ona da etiraz edəcəm! 30 ildir, bu hakimiyyəti cani -dildən ( heç bir şəxsi mənfəət ummadan) müdafiə etmişəm, Şəhidlərə olan qəbuledilməz münasibətə görə bu hakimiyyətsizliyə etiraz edirəm!”

Xatırladaq ki, 17 şəhid ailəsi övladlarının Qaradağ rayonu ərazisində yerləşən qəbristanlıqda dəfn edilməsinə etiraz edir və onlar müxtəlif dövlət qurumlarının qarşısında məsələ qaldıraraq məzarların köçürülməsini tələb edirlər. Buna səbəb kimi övladlarının məzarlarının qurunt sularının altında qaldığını göstərirlər.


583 oxunub

InvestAZ