XƏBƏR LENTİ
28 Fevral 2021
27 Fevral 2021
26 Fevral 2021



Putin: “Qarabağa dair bəyanat ardıcıl həyata keçirilir”
SİYASƏT 17:54 / 27.01.2021

Noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalandı. Bu bəyanat ardıcıl olaraq həyata keçirilir.

Yenisəs.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Davos İqtisadi Forumunda videokonfrans formatında çıxışı zamanı deyib.

O bildirib ki, qan tökülməsini dayandırmağa nail olduq və bu, əsas nəticədir: "Biz döyüşlərin dayandırılmasına və stabilliyə nail olduq. İndi beynəlxalq birlik və şübhəsiz ki, böhranın həllində iştirak edən ölkələrin qarşısında təsirə məruz qalan bölgələrin, humanitar problemlərin, infrastrukturun, tarix, din və mədəniyyət abidələrinin qorunması və bərpasına kömək etmək kimi vəzifələr dayanır".

Putin, həmçinin Rusiyanın Dağlıq Qarabağ bölgəsindəki silahlı qarşıdurmanı dayandırmaq üçün aktiv vasitəçilik səyləri göstərdiyini vurğulayıb:

"Biz münaqişədə əsas format olan ATƏT-in Minsk qrupu formatında əldə edilmiş razılaşmalara əməl etməyə çalışdıq".


520 oxunub

InvestAZ