XƏBƏR LENTİ
25 Fevral 2021
24 Fevral 2021
23 Fevral 2021



ABŞ Rusiyanın şərtini qəbul etdi
DÜNYA 15:09 / 27.01.2021

Rusiya və ABŞ Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsini Moskvanın şərtləri ilə uzatmaqla bağlı qərar qəbul edib.

Yenisəs.az  xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib.

"Bizim şərtlərimizlə: beş il müddətinə, əvvəlcədən hər hansı şərt qoyulmadan, heç bir əlavə olmadan”, – deyə RİA Novosti diplomatdan sitat gətirir.

Qeyd edək ki, dünən Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub. Tərəflər müqavilənin uzadılması üçün razılığın əldə edilməsinə dair diplomatik notaların mübadiləsini alqışlayıblar.

Kreml bütün lazımi prosedurların yaxın günlərdə tamamlanacağını açıqlayıb. Artıq ratifikasiya haqqında qanun layihəsi Dövlət Dumasına təqdim edilib.(teleqraf.com)


787 oxunub

InvestAZ