XƏBƏR LENTİ
25 Fevral 2021
24 Fevral 2021
23 Fevral 2021



İrəvan yenə Bakını təxribata çəkir
Gündəm 15:03 / 27.01.2021

Ermənistanın yüksək texnologiya sənayesi naziri Akop Arşakyan yaxın günlərdə Azərbaycanın Qarabağ bölgəsinin hazırda rus sülhməramlılarının nəzarətində olan hissəsinə gələcəyi barədə anons verib.

Yenisəs.az  Axar.az -a  istinadən  xəbər verir ki, Arşakyan "artsax”a səfərində məqsədin "informasiya texnologiyaları sahəsində” əlaqələrin inkişafı məsələlərini müzakirə etmək olduğunu deyib.

Xatırladaq ki, Ermənistan rəsmiləri bir müddət əvvəl də Azərbaycanı təxribata çəkir, bütün vasitələrlə müharibəni qızışdırır və müxtəlif bəyanatlar verirdilər. Şuşada rəqs etməkdən tutmuş Şuşanın "paytaxta” çevrilməsi istiqamətində açıqlamalar, "yeni müharibə - yeni ərazilər” şüarı, Qarabağın qondarma qurumunun "müstəqilliyi” haqda mövqe və açıqlamalara hər zaman Azərbaycan həssaslıqla yanaşdığını açıqlamış və qarşı tərəfə xəbərdarlıqlar etmişdi. Xəbərdarlıqlara əhəmiyyət verməyən Ermənistan "Dəmir Yumruq”la qarşılaşdı və 44 gün ərzində darmadağın oldu.

İndi isə Ermənistan rəsmilərinin Azərbaycanın Qarabağ bölgəsinə Bakının razılığı olmadan səfər etməməsi barədə Prezident İlham Əliyev iki dəfə İrəvana xəbərdarlıq edib. Ancaq Ermənistan yenə də ərazi bütövlüyümüzü pozmağa, Azərbaycanın ərazisi daxilində qondarma quruma can verməyə çalışır.

Nəticəsini mütləq görəcəklər...



606 oxunub

InvestAZ