Yaponiyada güclü zəlzələ olub.
Yenisəs.az Publika.az istinadən xəbər verir ki, Hokkaydo əyalətində 5,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, yerli vaxtla saat 14:07-də qeydə alınan zəlzələnin episentri 130 km dərinlikdə olub.
Yeraltı təkanlar ada əyalətindəki Soraçi, İburi, Tokaçi, Kuşiro bölgələrində hiss olunub.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.