"Optimar” şirkətinin anket-sorğularının nəticələrini qiymətləndirən "Hürriyət” qəzetinin köşə yazarı Abdulqadir Səlvi Prezident Rəcəb Tayyib Ərdoğana ən yaxın rəqibin İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu olduğunu deyib.
Yenisəs.az Teleqraf.com -a istinadən xəbər verir ki, sorğuda Ərdoğana səs verənlərin faiz nisbəti 43.9 olduğu halda, bu rəqəm İmamoğluda 35.2-dir.
Səlvi öz yazısında qarşıdakı prezident seçkilərinə geniş yer verib.
Ərdoğan-Gül
Respondentlərin 43.5 faizi "Prezident seçkilərinin son turunda Rəcəb Tayyib Ərdoğan və Abdullah Gül qalsa, kimə səs verərdiniz? ” sualına "Ərdoğan” cavabını veriblər. "Abdullah Gül” deyənlərin nisbəti 20.3 faizdir.
Ərdoğan-Babacan
Respondentlərin 45.1 faizi həmin suala Ərdoğanın, 20.9 faizi isə baş nazirin keçmiş müavini Əli Bacanın adını çəkib.
Ərdoğan-İmamoğlu
Prezident Ərdoğana ən yaxın rəqib Əkrəm İmamoğludur. "Ərdoğan” deyənlərin faiz nisbəti 43,9 ikən, İmamoğlu 35.2 səs alıb.
Ərdoğan-Kılıçdaroğlu
Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunu da xeyli fərqdə geridə qoyub. Türkiyə lideri 45.8, CHP rəhbəri isə 27.2 faiz səs alıb.
Ərdoğan-Yavaş
Prezident Ərdoğan Ankaranın bələdiyyə sədri Mansur Yavaşı 43.1 faiz səslə geridə qoyub. Yavaşın faiz nisbəti 31.8-dir..
Ərdoğan-Akşənər
Sorğuda Ərdoğana dəstək 43.8, İyi Partiyanın lideri Maral Akşənərə 30 faizdir.
Ərdoğan-İncə
Ərdoğanın 45 faiz səs aldığı anketdə CHP-dən olan siyasətçi Məhərrəm İncə 28.6 faizlə kifayətlənib.
Ərdoğan-Dəmirtaş
Türkiyə lideri HDP-nin lideri Səlahəddin Dəmirtaşı böyük fərqlə üstələyib. Ərdoğana 51.8 faiz səs verildiyi halda, Dəmirtaş sadəcə 17 faizlə kifayətlənib.