XƏBƏR LENTİ
25 Fevral 2021
24 Fevral 2021
23 Fevral 2021



31 erməni meyiti də təhvil verildi
Gündəm 08:59 / 27.01.2021

Qarabağ müharibəsində məhv edilmiş daha 31 erməni hərbiçisinin meyiti yanvarın 26-da Ermənistana təhvil verilib.

Yenisəs.az xəbər verir ki, müharibə zamanı itkin düşmüş erməni hərbçilərdən birinin qohumu meyitlərin bəzilərinin üzərində sənədlərin olduğunu deyib. İtkin erməni hərbçilərin axtarışlarının bu gün davam etdiriləcək.

Xatırladaq ki, Qarabağ müharibəsində iştirak etmiş erməni hərbçilərin bəzilərinin valideynləri övladlarının tapılmamasından narazıdırlar. Onlar dəfələrlə Yerevanda etiraz aksiyaları keçiriblər və baş nazir Nikol Paşinyan da daxil olmaqla, hökumət rəsmiləri ilə görüşüblər. Lakin hərbçilərin valideynləri görüşlərdən razı qalmayıblar. Hazırda Qarabağda itkin düşmüş erməni hərbçilərin axtarışlarına onların valideynləri də qoşulub.

Ermənistan Qarabağ müharibəsində həlak olan hərbçilərinin sayının 3 600-ə çatdığını etiraf edib.


689 oxunub

InvestAZ