XƏBƏR LENTİ
25 Fevral 2021
24 Fevral 2021
23 Fevral 2021



Kremldən Gəlincik sarayı açıqlaması
DÜNYA 08:29 / 27.01.2021

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Gəlincikdəki sarayın sahibinin bir və ya bir neçə sahibkar olduğunu bildirib.

Yenisəs.az  xəbər verir ki,bu sözləri mətbuat katibi  D.Peskov deyib:

"Bu obyektin sahiblərinə gəldikdə, razılaşmalısınız ki, bura çox güman sahibkara məxususdur. Həqiqətən də o, Gəlincikdə yaxşı tanınan böyük bir obyektdir. Bir və ya bir neçə şəxs birbaşa və ya dolayı olaraq bu obyektə sahibdir”.

Eyni zamanda, Kremlin spikeri qeyri-korrekt olduğu üçün onun sahiblərin adlarının açıqlanmayacağını söyləyib.

O, obyektin üzərinin uçuşa qadağan bölgə olduğunu və sarayın Federal Mühafizə Xidməti tərəfindən qorunmasının səbəbini soruşan jurnalistlərə bunu birbaşa həmin idarələrlə aydınlaşdırmağı tövsiyə edib.


558 oxunub

InvestAZ