XƏBƏR LENTİ
25 Fevral 2021
24 Fevral 2021
23 Fevral 2021



“Qarabağda marağımız var”-Lavrov
SİYASƏT 18:58 / 26.01.2021

Rusiya, Türkiyə və İran Dağlıq Qarabağ iqtisadiyyatının canlandırılması ilə maraqlanır.

Yenisəs.az  Publika.az -a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransında deyib.

Həmkarı ilə Qarabağ məsələsini müzakirə edən Lavrov İranın bu layihələrə daxil olmaq istəyəcəyindən əminliyini dilə gətirib: "Rusiya da razılaşmalardan irəli gələn iqtisadiyyat və nəqliyyatdakı maneələrin aradan qaldırılması səylərində birbaşa iştirak edəcək. Bununla bağlı konkret addımlar atıldı və yaxın zamanda ilk iclasını keçirəcək Rusiya, İran və Azərbaycanın Baş nazir müavinləri səviyyəsində üçtərəfli mexanizm quruldu. Rusiya, Türkiyə və İranla birgə bölgə iqtisadiyyatının canlandırılmasında iştirak etmək istəyən bir çox ölkə var”.


591 oxunub

InvestAZ