XƏBƏR LENTİ
26 Fevral 2021
25 Fevral 2021



Quldurluq edən dəstə tutuldu
KRİMİNAL 14:24 / 24.01.2021

Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.

Yenisəs.az  xəbər verir ki, rayon ərazisində naməlum şəxslər İ.Qasımzadəni döyərək mobil telefonunu əlindən alıblar.

Zərərçəkmiş baş verən quldurluq hadisəsi ilə bağlı polisə şikayət edib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Hüseynov, Y.Qəhrəmanov və R.Mustafayev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanıb.(teleqraf.com)



548 oxunub

InvestAZ