Yenisəs.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya mərhumun yaxınları məlumat veriblər. Onun bu gün gecə saatlarında dünyasını dəyişdiyi bildirilir.
İş adamı bir neçə gündür Mərkəzi Gömrük Hospitalında müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, əslən Tovuz rayonundan olan T. Yusifov bir müddət "Turan" klubunun da prezidenti kimi fəaliyyət göstərib.
Qeyd edək ki, daha əvvəl "Turan"ın digər keçmiş prezidenti Namiq Məstanov korornavirusdan dünyasını dəyişib.