Son vaxtlar ölkə mediasında gənclər və idman naziri Azad Rəhimovun səhhətinin ağırlaşması, ABŞ-a aparılması və orada komaya düşməsi barədə xəbərlər yayılıb.
Yenisəs.az bildirir ki, mövzu ilə bağlı Real TV gənclər və idman naziri Azad Rəhimovla əlaqə saxlayıb.
Hazırda ABŞ-da ağciyərinin müayinə və müalicəsi ilə məşğul olduğunu bildirən nazir səhhətinin qaydasında olduğunu deyib. "Narahatlığa heç bir əsas yoxdur!”