XƏBƏR LENTİ
26 Fevral 2021
25 Fevral 2021



Şuşa ilə bağlı xoş xəbər Türkiyədən gəldi
Gündəm 09:09 / 23.01.2021
Türkiyənin Ziraat Bankı Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində filialını açacaq.
Yenisəs.az Teleqraf.com -a istinadən xəbər verir ki, bu barədə bankın Azərbaycan filialının baş direktoru Avni Dəmirçi jurnalistlərə verdiyi açıqlamada deyib.
O, Azərbaycanın 2020-ci ildə 30 ildən bəri davam edən problemi həll edərək, torpaqlarını işğaldan azad etdiyiuni və qanayan yaranı sağaltdığını söyləyib.
Dəmirçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi dəstəyi də xatırladıb:
"Müharibə bitdi. Artıq o bölgənin inkişafı və Azərbaycan iqtisadiyyatına inteqrasiyası dövrü başlayıb. Gəldiyimiz ilk gündən indiyədək Azərbaycanda gördüyümüz işləri, azad edilmiş bölgələrdə də davam etdirəcəyik. Şuşada bir filial açmaq qərarı verdik. Bu məsələ ilə əlaqədar prosedurları tamamlayırıq. Lazımi icazə aldıqdan sonra filialımızı açacağıq. Filialımızı bir neçə aydan sonra açmağa hazırıq. Ancaq nə vaxt gedəcəyimiz və açacağımız dövlətin qərarından asılıdır”.
Dəmirçi Qarabağ bölgəsinə böyük əhəmiyyət verdiklərini deyib. Dövlət subsidiyaları xaricində, bölgə iqtisadi inkişafa təkan verəcək layihələr üçün əlverişli şərtlərlə kredit verməyə hazır olduqlarını bildirib.


757 oxunub

InvestAZ