XƏBƏR LENTİ
27 Fevral 2021
26 Fevral 2021



Putin Təhlükəsizlik Şurasını topladı
SİYASƏT 17:49 / 22.01.2021

Moskvada Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Yenisəs.az bildirir ki, Teleqraf.com-un məlumatına görə, iclasda strateji stabillik məsələləri, eləcə də rusiyadaxili problemlər müzakirə mövzusu olub.

İclasda, həmçinin Strateji Hücum Silahlarının Azaldılması barədə Saziş müzakirə olunub.

Qeyd edək ki, 2010-cu ildə ABŞ-la Rusiya arasında imzalanmış bu sazişin müddəti 2021-ci il fevralın 5-də bitir.


853 oxunub

InvestAZ