XƏBƏR LENTİ
27 Fevral 2021
26 Fevral 2021



Ərdoğan yeni hərbi əməliyyatlara işarə etdi
SİYASƏT 17:37 / 22.01.2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırıb.

Yenisəs.az xəbər verir ki, jurnalistlərdən biri Prezidentə "Sincara hərbi əməliyyat təşkil edilə bilərmi” sualını ünvanlayıb.

Ərdoğan sualı belə cavablandırıb: "Ortaq əməliyyatları hər zaman həyata keçirməyə hazırıq. Amma bunları açıqlamaqla əməliyyatlar keçirilməz. Mənim məşhur bir sözüm var – bir gecə anidən gələ bilərik”.

Qeyd edək ki, İraqın şimal-şərqində yerləşən Sincar Türkiyəyə yaxın mövqedədir və burada İŞİD terror qruplaşması məskunlaşıb.(publika.az)



675 oxunub

InvestAZ