XƏBƏR LENTİ
27 Fevral 2021
26 Fevral 2021



Qırğızıstanın yeni prezidentindən fərqli addım
DÜNYA 16:12 / 22.01.2021

Qırğızıstanın yeni prezidenti Sadır Japarov inauqurasiya zamanı kortejdən və ziyafətdən imtina edib.

Bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidmətindən bildirilib.

"Xüsusi avtomobil kortejindən, ziyafətdən və böyük maliyyə xərclərinə səbəb olan digər təşkilati tədbirlərdən imtina etməyə qərar verdim. Prezident vəzifəsini icra etməyə başlamaq üçün yalnız qanunla tələb olunan məcburi prosedurları nəzərə almaq və həyata keçirmək vacibdir”, – deyə prezidentin mətbuat xidməti Sadır Japarovun açıqlamasından sitat gətirib.

Yeni seçilmiş liderin fikrincə, dövlət bütün diqqətini xalqın dəstəklənməsinə və onun ehtiyaclarının qarşılanması üçün dövlət vəsaitlərinin istifadəsinə yönəltməlidir.


735 oxunub

InvestAZ