XƏBƏR LENTİ
27 Fevral 2021
26 Fevral 2021



Ən böyük sualtı qayığı sıradan çıxarırlar
DÜNYA 14:39 / 22.01.2021

Rusiya Hərbi Dəniz Donanmasının ən güclü və dünyanın ən böyük sualtı qayığı "Dmitri Donskoy 941” hərbi arsenaldan çıxarılır.

Yenisəs.az Teleqraf.com-a istinadən  bildirir  ki, SSRİ dövründə fəaliyyətə başlayan və ölkədə "Balina” adlandırılan qayıq son 41 ilini dənizlərdə keçirib.

ABŞ və NATO ölkələri tərəfindən daima diqqətdə saxlanılan "Dmitri Donskoy 941” modern savaş texnologiyasından geri qalması və dənizdə güclü səs çıxarması səbəbindən Rusiya Hərbi Dəniz Donanmasının arsenalından çıxarılır.

1976-cı ildə istehsalına başlanan və 1980-cı ildə dənizə çıxarılan "Dmtri Donskoy 941”in 172 metr uzunluqda və 23 metr endə olduğu bildirilir. Sualtı qayıqda 6 ədəd torpedo, habelə 20 ədəd R-39 balistik raketlə silahlanmaq imkanına malik olub. Sarqas dənizində olan sualtı qayığın dünyanın yarısına nəzarət edə biləcəyi söylənilirdi.

Qayığın Bolşoy Kamen şəhərində hissələrə bölünəcəyi ifadə edilir.


885 oxunub

InvestAZ