XƏBƏR LENTİ
27 Fevral 2021
26 Fevral 2021



İtgin zabitin nəşi tapıldı
Gündəm 14:18 / 22.01.2021

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir zabitinin nəşi tapılıb.

 Baş leytenant Rahim Qabil oğlu Mikayılovun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

Qeyd edək ki, R.Mikayılov 1990-cı ildə Quba rayonunun 2-ci Nügədi kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılıb. Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın əvvəlindən zabitlə əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb.

R.Mikayılov ailəlidir. İtkin düşməsindən bir ay sonra oğul övladı dünyaya gəlib.

Allah rəhmət eləsin!(axar.az)


701 oxunub

InvestAZ