XƏBƏR LENTİ
27 Fevral 2021
26 Fevral 2021



Şəhid zabitinin nəşi tapıldı
Gündəm 13:29 / 22.01.2021

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusunun nəşi tapılıb.

Yenisəs.az  Report-a istinadən xəbər verir ki, bir müddətdir itkin düşən leytenant Şükürlü Elvin Azad oğlunun nəşi doğulduğu Cəlilabad rayonunun Şiləvəngə kəndinə gətirilir.

Onunla yaşadığı evdə vida mərasimi keçiriləcək. Daha sonra şəhidin nəşi dəfn edilməsi üçün ailəsinin yaşadığı Bakı şəhərinə gətiriləcək.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü, leytenant Elvin Şükürlü Vətən müharibəsinin ilk günlərində Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub. Oktyabrın əvvəllərindən sonra onun barəsində heç bir məlumat olmayıb.


723 oxunub

InvestAZ