XƏBƏR LENTİ
27 Fevral 2021
26 Fevral 2021



Rahib Seyidov yeni vəzifədə
HÜQUQ 12:09 / 22.01.2021

Abşeron rayon prokuroru Rahib Seyidov 5 illik müddətin başa çatması ilə əlaqədar işdən azad edilib.

 Bakipost.az  xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Həmin vəzifəyə Baş Prokurorluqda İstintaq İdarəsinin rəis müavini Qabil Qasımov təyin edilib.

Rahib Seyidova isə Baş Prokurorluğun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirmə İdarəsinin prokuroru vəzifəsi həvalə edilib.

Qeyd edək ki, Rahib Seyidov prokurorluq orqanlarında tanınmış simadır. O, Abşerondan əvvəl Göygöl, İsmayıllı və Şəkidə prokuror vəzifəsində çalışıb.


986 oxunub

InvestAZ