XƏBƏR LENTİ
27 Fevral 2021
26 Fevral 2021



Bakı səfərinə hazırlaşan Zərif, İravana da ...
Maraqli 11:40 / 22.01.2021

İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 27-də Ermənistana səfər edəcək.

Mətbuata  bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.

İranlı nazirin İrəvanda bu ölkənin rəhbər şəxsləri ilə görüşəcəyi deyilib. Danışıqların əsas mövzusunun Dağlıq Qarabağ olacağı ehtimal olunur.

Bundan əvvəl nazir Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiyaya səfər etmək niyyətində olduğunu bildirmişdi.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Zərifin Bakı səfərinin yanvarın 24-25- tarixlərində baş tutacağını açıqlamışdı.(teleqraf.com)


917 oxunub

InvestAZ