XƏBƏR LENTİ
26 Fevral 2021
25 Fevral 2021



Rusiya qırıcıları Azərbaycanın yaxınlığında
SİYASƏT 10:09 / 22.01.2021

Kütləvi istehsalı dayandırılan ilk "Su-57” ötən il dekabrın 25-də təhvil verilmişdi. İlk məlumatda qırıcının Qara dənizdə yerləşdirildiyi iddia edilmişdi, lakin bu açıqlama təsdiqini tapmamışdı.

Yenisəs.az  Teleqraf.com-a istinadən  xəbər verir ki, ABŞ "F-35”-lərinin ən böyük rəqibi ilə bağlı bu gün yeni bir açıqlama verilib.

Rusiyanın Xabarovsk şəhər rəhbərliyi tərəfindən edilən açıqlamada şəhərdəki Komsomolsk Amur Təyyarə Zavodunda istehsal olunan ilk seriya "Su-57”-nin Rusiya ordusuna təhvil verildiyi təsdiqlənib.

Təyyarənin Qara dəniz və Xəzər dənizi sahillərində yerləşən Cənubi Hərbi Dairədəki bölməyə təhvil verildiyi, ilin sonuna qədər 5-ci nəsil 5 ədəd "Su-57” döyüş təyyarəsinin zavod tərəfindən Rusiya ordusuna təhvil veriləcəyi bildirilib.

Açıqlamada təyyarənin yerləşdiyi şəhərin adı açıqlanmayıb.

Rusiya Müdafiə naziri Sergey Şoyqu 22 ədəd "Su-57”-nin 2024-cü ilin sonunadək inventara daxil olmasını gözlədiklərini söyləmişdi.


599 oxunub

InvestAZ