ABŞ sol radikal hərəkatlarının nümayəndələri Cozef Baydenin andiçmə mərasimindən sonra iki böyük şəhərdə - Sietl və Portlenddə kütləvi iğtişaşlar törədiblər.
Yenisəs.az Axar.az -a istinadən xəbər verir ki, bu məlumatı sözügedən şəhərlərin polis departamentləri yayıb.
Sietlda etirazçılar "Amazon”un mağazalarından birini qarət edib, Amerika bayrağını yandırıblar.
Portlenddə isə etirazçılar "Baydeni yox, ədaləti istəyirik” şüarları səsləndiriblər. Üstəlik, 150 nəfərlik qrup Demokratlar Partiyanın ofisini dağıdıblar.